PALITRA
  Gündəlik online qəzet
11.09.2019 | 17:21:00 | Sosial şəbəkədə paylaş:

"Tottenhem"lə müqaviləsi mövsümün sonunda başa çatacaq Kristian Erikseni "Real" və "Yuventus" transfer hədəfinə alıb.
"Yuventus" Danimarka millisinin üzvünə qış fasiləsində təklif göndərəcək.
AS nəşri isə "Real"ın bu transferdə favorit olduğunu və Eriksenin Madrid klubunu seçəcəyini yazıb.
27 yaşlı yarımmüdafiəçi 2013-cü ildə "Ayaks"dan 13,5 milyon avro qarşılığında "Tottenhem"ə keçmişdi. Eriksen bu mövsüm 4 oyuna 1 qol vurub.

Xəbər 95 dəfə oxundu

Ana səhifə