PALITRA
  Gündəlik online qəzet
10.10.2019 | 00:55:00 | Sosial şəbəkədə paylaş:


Türk Silahlı Qüvvələri Suriya ilə sərhədi keçərək Fərat çayının şərqində “Barış bulağı” əməliyyatının quru döyüş mərhələsinə başlayıb.
APA xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
“Bizim hərbçilərimiz Suriya Milli Ordusu ilə birgə “Barış bulağı” əməliyyatı çərçivəsində Fəratın şərqinə doğru quru əməliyyatına başlayıb”, - məlumatda belə deyilir.
Bildirilir ki, Türkiyə ordusu Suriya ərazisinə sərhədin üç nöqtəsindən daxil olub.

Xəbər 292 dəfə oxundu

Ana səhifə