PALITRA
  Gündəlik online qəzet
10.10.2019 | 09:31:00 | Sosial şəbəkədə paylaş:

Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycanda kənd təsərrüfatı sahəsində risklərin idarə olunması üzrə yeni platforma təqdim edəcək.
Trend-in məlumatına görə, bunu IFC-nin baş mütəxəssisi Leyla Hüseynli deyib.
O bildirib ki, CLARA (Pul kütləsi əsasında aqro-müştərilərin kreditqabiliyyətliliyinin təhlili aləti) platforması 40 məhsulu əhatə edir. Bu məhsullardan hər biri Azərbaycan reallıqlarına uyğun olaraq kənd təsərrüfatı sahəsində risklərin idarə olunması üzrə müəyyən mexanizm təklif edir.
CLARA kənd təsərrüfatında istehsalat risklərinin sürətli və səmərəli qiymətləndirilməsi üçün nəzərdə tutulmuş internet xidmətidir. Xidmət fermer təsərrüfatları üçün texnologiya kartları əsasında proqnoz hesablaşmaları həyata keçirməyə kömək edir. Müxtəlif kənd təsərrüfatı məhsullarının istehsalı üzrə zəruri məlumatlar və təlimatlar ehtiva edən texnologiya kartları xidmətin məlumat bazasında saxlanacaq.

Xəbər 136 dəfə oxundu

Ana səhifə