PALITRA
  Gündəlik online qəzet
10.10.2019 | 12:39:00 | Sosial şəbəkədə paylaş:

Hacıqabul Sənaye Məhəlləsində türk iş adamları tərəfindən qurulan iki şirkət üzrə işlər yekunlaşır. Bu barədə İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov AZƏRTAC-ın sualını cavablandırarkən deyib. “Sənaye parklarında fəaliyyət göstərən rezidentlər sırasında Türkiyə şirkətləri yoxdur. Lakin sənaye məhəllələrində, xüsusilə də Hacıqabulda türk iş adamları tərəfindən iki şirkət qurulur. Bu şirkətlər Azərbaycan şirkətləri hesab olunsa da təsisçiləri türk vətəndaşlarıdır. Həmin şirkətlərdən biri qablaşdırma sahəsində fəaliyyət göstərəcək, digəri bioloji gübrələrin istehsalı ilə məşğul olacaq. Artıq müəssisələrin qurulması istiqamətində işlər yekunlaşmaq üzrədir. Hazırda sınaq rejimində fəaliyyət göstərir”, – deyə o bildirib. Nazir müavini qeyd edib ki, sənaye zonalarının təşviqi ilə bağlı İqtisadiyyat Nazirliyində çox genişmiqyaslı işlər aparılır.

Xəbər 116 dəfə oxundu

Ana səhifə