PALITRA
  Gündəlik online qəzet
10.10.2019 | 13:40:00 | Sosial şəbəkədə paylaş:

Azərbaycanda texnolgiya parkı və sənaye məhəllələrinin rezidentləri tərəfindən reallaşdırılan layihələrə qoyulan investisiyaların həcmi 3,8 milyard dollar dəyərləndirilir.
Trend-in məlumatına görə, bunu İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov “Standartların tətbiqi: Azərbaycan və Türkiyənin əməkdaşlığı” konfransında deyib.
Onun sözlərinə görə, bu günədək rezidentlər reallaşdırılan layihələrə 3,4 milyard dollar investisiya qoyub:
“Bu günədək Azərbaycanda 9 sənaye parkı və məhəlləsi yaradılıb, burada 82 rezident qeydiyyata alınıb”.
Nazir müavini əlavə edib ki, 45 rezident istehsal fəaliyyətinə başlayıb.

Xəbər 92 dəfə oxundu

Ana səhifə