PALITRA
  Gündəlik online qəzet
10.10.2019 | 14:19:00 | Sosial şəbəkədə paylaş:

2019-cu ilin yanvar-sentyabr aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 5 mlrd. 608 mln. 702,4 min manat məbləğində vergi və rüsum köçürülüb. Bu barədə Vergilər Nazirliyindən məlumat verilib. Xəbər verildiyi kimi, 2018-ci ilin yanvar-sentyabr aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə vergi və rüsum köçürülmələrinin həcmi 1 mlrd. 3064 min manat təşkil edib. Beləliklə, hesabat dövründə nazirliyin xətti ilə dövlət büdcəsinə daxilolmalar 5,7% artıb.
Vergilər Nazirliyinin 2019-cu il dövlət büdcəsinə köçürmələr üzrə planı 7 mlrd. 316 mln. manat təşkil edir. Beləliklə, 9 ay ərzində plan 76,66% yerinə yetirilib.

Tural

Xəbər 88 dəfə oxundu

Ana səhifə