PALITRA
  Gündəlik online qəzet
10.10.2019 | 15:11:00 | Sosial şəbəkədə paylaş:

Bakı Olimpiya Stadionu azarkeş tutumuna görə MDB-dəki idman arenaları arasında ilk üçlükdə yer alıb.
Trend-in məlumatına görə, bu barədə “TurStat” portalının statistikasında deyilir.
Qeyd edək ki, futbol üzrə 2020-ci il Avropa çempionatının matçlarını qəbul edəcək Bakı Olimpiya Stadionu 69 min azarkeş tutumuna malikdir.
Siyahıda birinci yerdə Moskvanın “Lujniki” (81 min), ikinci yerdə Kiyevin "Olimpiya" stadionu (70 min) qərarlaşıb.
İlk beşlikdə, həmçinin Sankt-Peterburqun “Qazprom Arena” (68 min) və Tbilisinin Boris Payçadze adına stadionu (55 min) yer alıb.
15 min azarkeş tutan “Bakcell Arena” da ilk 15-likdə yer alıb.

Xəbər 129 dəfə oxundu

Ana səhifə