PALITRA
  Gündəlik online qəzet
10.10.2019 | 16:04:00 | Sosial şəbəkədə paylaş:

Türkiyə Silahlı Qüvvələrinin qoşun birləşmələrinin Suriyada Fərat çayının şərqində apardığı "Sülh çeşməsi" (Barış Pınarı) antiterror əməliyyatının ilk iki günü ərzində 109 terrorçu zərərsizləşdirilib. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Dövlət başçısı, eyni zamanda, Türkiyə tərəfinin keçirdiyi antiterror əməliyyatları zamanı ümumilikdə 16 min terrorçunun, o cümlədən 7500 nəfərin Türkiyə sərhədləri daxilində, digər 8500 nəfərin isə ölkə xaricində zərərsizləşdirildiyini deyib. "Sülh çeşməsi" antiterror əməliyyatı davam edir.

Xəbər 138 dəfə oxundu

Ana səhifə