PALITRA
  Gündəlik online qəzet
10.10.2019 | 21:47:00 | Sosial şəbəkədə paylaş:

Türkmənistan və Azərbaycan müxtəlif sahələrdə iri layihələr həyata keçirirlər.
Trend-in məlumatına görə, bunu Türkmənistanın Bakıdakı səfiri Məkan İşankuliyev Türkmənistanın Müstəqillik Günü münasibətilə təşkil edilən qəbulda bildirib.
Səfir əlavə edib ki, iki ölkə arasında ticari-iqtisadi əlaqələr dinamik inkişaf edir:
"Böyük potensiala sahib olan Türkmənistan və Azərbaycan müxtəlif sahələrdə, o cümlədən regional və yanacaq, enerji, nəqliyyat və tranzit sahələrində beynəlxalq əhəmiyyətli iri layihələr həyata keçirirlər."
Daha sonra o, Türkmənistan və Azərbaycanın açıq və qarşılıqlı dialoq apardığını qeyd edib:
"İkitərəfli münasibətlərin bütün sahələrində ölkələrimiz bərabərlik, qarşılıqlı hörmət və etimad ruhunda konstruktiv həllər tapırlar".

Xəbər 245 dəfə oxundu

Ana səhifə