PALITRA
  Gündəlik online qəzet
10.10.2019 | 22:05:00 | Sosial şəbəkədə paylaş:


ABŞ prezidenti Donald Tramp sabiq prezident Barak Obamanın PKK terror təşkilatı ilə razılaşdığını, amma bunun səhv addım olduğunu bildirib. Donald Trump Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriyada Fərat çayının şərqində həyata keçirilən “Barış pınarı” əməliyyatı ilə əlaqədar açıqlama verib.
Sabiq prezident Obamanın (Suriyadan çıxaracağı ABŞ əsgərlərindən yaranacaq boşluğu doldurması üçün)separatçı terrorçularla əməkdaşlıq etdiyini etiraf edərək bunun "səhv" addım olduğunu qeyd edən Tramp "Türkiyə illərdir ölümcül düşməni PKK ilə mübarizə aparır" deyə bildirib.
Türkiyənin ayrıca suriyalı milyonlarla qaçqına ev sahibliyi etdiyini xatırladan ABŞ prezidenti Türkiyə olmasaydı bu insanların dünyanın dörd bir tərəfinə dağılacağını vurğulayıb.
Amerikan əsgərlərinin Suriyadan çıxarılması qərarını müdafiə edən Tramp müharibəyə son qoymağın vaxtının çatdığını da qeyd edib.

Xəbər 275 dəfə oxundu

Ana səhifə