PALITRA
  Gündəlik online qəzet
10.10.2019 | 23:49:00 | Sosial şəbəkədə paylaş:

Türkiyə ordusunun Suriyanın şimalında apardığı “Barış bulağı” hərbi əməliyyatlarından sonra bu gün PKK/PYD-YPG və İŞİD terrorçuları tərəfindən Türkiyə ərazisinə top və raket mərmilərindən zərbələr endirilib.
Türkiyə mediasından verilən məlumata görə, top və raket zərbələri nəticəsində Şanlıurfanın Akçakale, Birecik ve Ceylanpınar rayonları ilə yanaşı, Mardinin Nusaybin rayonunda 6 nəfər ölüb, 70-dən çox insan yaralanıb.
Ölən və xəsarət alanlar arasında uşaqlar da var. /BakuPost/

Xəbər 267 dəfə oxundu

Ana səhifə