PALITRA
  Gündəlik online qəzet
08.11.2019 | 14:56:00 | Sosial şəbəkədə paylaş:

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr-studiyası ənənə halını alan bayram konsertlərini davam etdirməkdədir.
Belə ki, teatrın mətbuat xidmətindən verilən məlumatda deyilir ki, studiya fəalları noyabrın 9-da paytaxtın ən böyük alış-veriş məkanlarından olan “Park Bulvar” AVM-də (saat 13.00) növbəti konsertini keçirəcəklər.
9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə təşkil olunan konsertdə studiyanın vokalçı üzvlərinin ifalarında vətənpərvərlik mahnılarından ibarət zəngin proqram təqdim olunacaq. “Park Bulvar” AVM ilə birgə təşkil olunan konsertin məqsədi uşaq və yeniyetmələrin bayrağa sevgisini artırmaq, bu xüsusi təqvimi yaddaqalan etməkdir.
2 saat davam edəcək konsertdə müxtəlif kompozisiyalar, məşhur nağıl və cizgi film qəhrəmanlarının kuklalarının şousu və tamaşaçılarla yarışmalar da təşkil olunacaq.
Qeyd edək ki, konsertə giriş sərbəstdir.


Xəbər 91 dəfə oxundu

Ana səhifə