PALITRA
  Gündəlik online qəzet
08.11.2019 | 16:16:00 | Sosial şəbəkədə paylaş:

«Azərbaycana silah satışı ilə bağlı məsələ hələ ki, KTMT Parlament Assambleyası Şurasının iclasında müzakirə olunmayıb. Bundan əlavə, bu məsələ Parlament Assambleyasının səlahiyyətinə daxil deyil. Bu məsələyə ancaq dövlət başçısı nəzarət edir və bütün səlahiyyətlər də ona aiddir. Rusiya silahları təkcə Azərbaycana deyil, bütün tərəfdaşlarına, o cümlədən Ermənistana satılır».
Bu fikirlər Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikova məxsusdur. O, bu barədə erməni jurnalistlərinin suallarını cavablandırarkən bildirib. Təbii ki, verilən cavab erməniləri qane etmədiyindən, onlar əsassız iddialarını səsləndirməyə başlayıblar.
Məsələn, erməni politoloq Ruben Meqrabyana görə, əgər Rusiya doğrudan da, Ermənistanın müttəfiqidirsə, deməli, bu halda Azərbaycana heç bir silah satmamalıdır: «Əgər Kreml İrəvanı müttəfiq hesab edirsə, bu halda, ən optimal silahları güzəştli qiymətlərlə Ermənistana satmalıdır».
Qeyd edək ki, digər erməni deputat Azat Arşakyanın bu məsələ ilə bağlı fikirləri daha maraqlıdır. Belə ki, o erməni rəhbərliyindən Rusiyanın qarşısında sərt şəkildə tələb qoyulmasını istəyir: «Biz Kremlin qarşısında şərt qoymalıyıq: əgər siz doğrudan da, bizim müttəfiqimizsinizsə, bu halda, Azərbaycana qəti şəkildə silah satmamalısınız. Biz Kremlə deməliyik: qərar ver. Əgər onlara silah satarsınızsa, onda bizə bağışlayın. Əgər müttəfiqiksə, bu, strateji maraqlarımızın üst-üstə düşdüyü anlamına gəlir. Ona görə də Rusiyanın bizə satdığı silahlarla regionda onların mənafeyini qorumağa məcbur deyilik».
Ağasəf

Xəbər 101 dəfə oxundu

Ana səhifə