PALITRA
  Gündəlik online qəzet
08.11.2019 | 23:54:00 | Sosial şəbəkədə paylaş:


Noyabrın 8-də Buxarestdə “Grand Chess Tour 2019” seriya turnirinin rapid yarışının son 3 turunun oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov 7-ci turda hollandiyalı Aniş Giri, 8-ci turda amerikalı Fabiano Karuananı məğlub edib. Son turda isə rusiyalı Sergey Karyakinlə heç-heçə edib. Ş.Məmmədyarov yekun nəticəyə görə, 10 xalla ikinci dördüncü yerləri bölüşür. Birinci yerdə 12 xalla ukraynalı şahmatçı Anton Korobov qərarlaşıb.
Noyabrın 9-10-da isə blits turniri keçiriləcək. Turnirin mükafat fondu 150 min ABŞ dollarıdır.

Xəbər 81 dəfə oxundu

Ana səhifə