PALITRA
  Gündəlik online qəzet
25.03.2020 | 21:10:00 | Sosial şəbəkədə paylaş:


Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 24 mart tarixli Fərmanına əsasən yaradılmış Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsaitlərin köçürülməsinə başlanılıb. Ali Məclis Sədrinin 2020-ci il 24 mart tarixli Sərəncamı ilə Naxçıvanın İnkişafı və Müdafiə Fondundan Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat vəsait ayrılıb.


AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri Vasif Talıbovun 2020-ci il 25 mart tarixli Sərəncamına əsasən Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının bir aylıq üzvülük haqlarının 50 faizi - 35 min manat vəsait Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülüb.

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası İcraiyyə Komitəsinin 25 mart 2020-ci il tarixli qərarına əsasən Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının bir aylıq üzvülük haqqının 50 faizi - 40 min manat vəsait Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna ayrılıb.

Həmçinin:

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin kollektivi 8558 manat,

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin kollektivi 4427 manat,

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin kollektivi 10 min 400 manat,

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti İdarəsinin kollektivi 1082 manat,

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın kollektivi 1713 manat,

Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin kollektivi 400 manat,

“Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 50 min manat,

“Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin kollektivi 8982 manat,

“Badamlı Mineral Sular” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 20 min manat,

“Naxçıvansığorta” Açıq Səhmdar Cəmiyyətinin kollektivi 1157 manat,

Gəmiqaya Holdinq Şirkəti 150 min manat,

Cahan Holdinq Şirkəti 150 min manat,

Nəxşicahan Holdinq Şirkəti 40 min manat,

“Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyəti 50 min manat,

“Babək Sirab” Açıq Səhmdar Cəmiyyəti 50 min manat,

Naxçıvan Sement Zavodu 50 min manat,

“Naxçıvan Avtoservis” Məhdud Məsuliyyətli Cəmiyyəti 5390 manat,

“Çəmənlik” Məhdud Məsuliyyətli Cəmiyyəti 10 min manat,

Dekor Qrup 30 min manat,

Bağışov Elçin Mərifət oğlu tərəfindən 1000 manat olmaqla, 2020-ci il 25 mart tarixinə Koronovirusla Mübarizəyə Dəstək Fonduna, ümumilikdə, 918 min 109 manat vəsait köçürülüb.

Xəbər 331 dəfə oxundu

Ana səhifə