PALITRA
  Gündəlik online qəzet
26.03.2020 | 02:41:00 | Sosial şəbəkədə paylaş:


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 dövlətlərinin fövqəladə toplantısına qatılacaq.
APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Prezidenti zirvə görüşündə martın 26-da yerli vaxtla saat 15:00-da videokonfrans vasitəsilə iştirak edəcək.
İstanbulda prezidentin Huber köşkündə baş tutacaq toplantıda Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Xəzinə və Maliyyə naziri Berat Albayrak, Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fəxrəddin Altun, Prezidentin mətbuat katibi İbrahim Qalın da iştirak edəcək.

Qeyd edək ki, G20 dövlətlərinə 19 ölkə - Almaniya, ABŞ, Argentina, Avstraliya, Braziliya, Çin, İndoneziya, Fransa, Cənubi Afrika, Cənubi Koreya, Hindistan, Britaniya, İtaliya, Yaponiya, Kanada, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə və Avropa İttifaqı Komissiyası daxildir.

Xəbər 235 dəfə oxundu

Ana səhifə