PALITRA
  Gündəlik online qəzet
26.03.2020 | 12:52:00 | Sosial şəbəkədə paylaş:

Sahibkarlara işdən azad edilmə, əməkdaşların ixtisarı hallarına yol verməmək, korporativ məsuliyyət və sosial həmrəylik nümayiş etdirmək tövsiyə olunur Koronavirus (COVİD-19) pandemiyasının ictimai iaşə sektorunda fəaliyyət göstərən sahibkarlara təsirini öyrənmək məqsədilə müzakirələr aparılıb.
İqtisadiyyat, Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının nümayəndələrinin iştirakı ilə təşkil olunmuş müzakirələrdə dünyada yayılmış koronavirus infeksiyasının iqtisadiyyatın müxtəlif sektorları ilə yanaşı, ictimai iaşə sahəsinə də təsir göstərdiyi bildirilib, bu təsirlərin minimuma endirilməsi üçün çıxış yolları müzakirə edilib, sahibkarların təklifləri dinlənilib.
Vurğulanıb ki, Azərbaycan dövləti hər zaman sahibkarların yanındadır və bu çətin vaxtlarda da sahibkarlara dəstək göstəriləcək.
Koronavirus infeksiyasının işgüzar mühitə və iqtisadi fəallığa təsirinin minimuma endirilməsi üçün Azərbaycan hökuməti tərəfindən görülən tədbirlər sahibkarlara çatdırılıb və qeyd edilib ki, hazırda koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirmək üçün yaradılmış İşçi Qrup tərəfindən sahibkarlara, işəgötürənlərə dəstək mexanizmləri və iqtisadi artımın davamlığının təmin olunması ünün müvafiq təkliflər hazırlanır.
Bildirilib ki, dövlət-özəl sektor əməkdaşlığı müstəvisində neqativ iqtisadi təsirlərin aradan qaldrılması üçün tədbirlər görülür. Özəl sektorun sosial məsiliyyəti bölüşməsi mühüm şərtdir və bu istiqamətdə sahibkarlara dəstək tədbirləri müəyyənləşdirilir. Bu baxımdan, sahibkarlara işdən azad edilmə, əməkdaşların ixtisarı hallarına yol verməmək, korporativ məsuliyyət və sosial həmrəylik nümayiş etdirmək tövsiyə olunur.

Xəbər 134 dəfə oxundu

Ana səhifə