PALITRA
  Gündəlik online qəzet
26.03.2020 | 13:41:00 | Sosial şəbəkədə paylaş:


“ADY Express” MMC Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC korporativ sosial məsuliyyəti çərçivəsində koronavirus (COVID-19) xəstəliyinin ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial həmrəylik nümayiş etdirilməsi barədə tövsiyələrinə uyğun olaraq irəli sürülən təşəbbüsə qoşulub.
Qurumdan verilən məlumata görə, "ADY Express" şirkəti Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat məbləğində vəsait ayırıb.

“ADY Express” MMC koronavirus infeksiyası (COVID-19) ilə mübarizə çərçivəsində vətəndaşları Nazirlər Kabineti yanında operativ qərargahın təlimatlarına ciddi riayət etməyə, yaşlı insanların qayğısına qalmağa, zərurət olmadığı təqdirdə evdən çıxmamağa və ictimai yerlərə toplaşmamağa çağırır.
Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC nəqliyyat-logistika sektorunun ayrılmaz bir hissəsi kimi, qlobal pandemiya şəraitində fəaliyyətini davam etdirərək, idxal, ixrac və Azərbaycan ərazisindən keçən tranzit yüklərinin nəqlini həyata keçirir. Şirkətin baş ofisi məsafədən iş rejimi, digər strukturlar isə növbəli iş rejimi şəraitində çalışırlar.
Tural

Xəbər 212 dəfə oxundu

Ana səhifə