PALITRA
  Gündəlik online qəzet
23.05.2020 | 11:10:00 | Sosial şəbəkədə paylaş:

Ermənistanda koronavirusa yoluxanların sayı 6 302 nəfərə çatıb.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 374 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 3 nəfərin ölümü qeydə alınıb.
Bu günədək Ermənistanda 77 nəfər koronavirusdan ölüb, 2 936 nəfərin müalicəsi isə davam edir.
Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb.

Xəbər 152 dəfə oxundu

Ana səhifə