PALITRA
  Gündəlik online qəzet
23.05.2020 | 13:28:00 | Sosial şəbəkədə paylaş:


Türkiyə türkcəsi, ingilis və ərəb dillərində paylaşdığı təbrik mesajında Ştaynmayer deyib...
Almaniya prezidenti Frenk Uolter Ştaynmayer (Frank Walter Steinmeier) Ramazan bayramı münasibətilə müsəlmanları təbrik etdi.

Türkiyə türkcəsi, ingilis və ərəb dillərində paylaşdığı təbrik mesajında Ştaynmayer deyib: “Ramazan bayramınız mübarək olsun. Bu il bayramlar korona virusu (Covid-19) epidemiyasının kölgəsində qalsa da, biz səmimiyyət, təsəlli, rahatlıq və güc verən inamla bir-birimizə bağlıyıq. Gələn il yenidən bayramı birlikdə qeyd edərik.

Almaniya konstitusiyası din azadlığına əhəmiyyət verir. Bu il insan həyatını xilas etmək üçün bir araya toplanmaq və görüşməyi müvəqqəti olaraq məhdudlaşdırdıq. Bu sərt qaydalara əməl edən və virusla mübarizədə uğurlarımıza töhfə verən hər kəsə təşəkkür edirəm. Anlayışınız, məsuliyyət hissi və təmkinli davranışınız üçün minnətdaram.

Təəssüf ki, ölkəmizdə irqçi hücumlar da olub. Xüsusən Hanau terror hücumu Almaniyada bir-birimizlə paylaşdığımız bütün dəyərlər, dinc və birlikdə yaşamağımıza bir hücum oldu. Bu, insan ləyaqətinə, hörmətə, dözümə, müxtəlifliyə və etiqad azadlığına bir hücum idi. Bir Almaniya prezidenti kimi əmin etmək istəyirəm ki, mən hər hansı irqçi təxribata qarşıyam. Nifrət və kənarlaşdırma, müsəlman və məscidlərinə hücumlara imkan verməməliyik. Bu, hər birimizin borcudur. Dövlətin vəzifəsi isə dinindən, irqindən asılı olmayaraq bütün vətəndaşlarını qorumaqdır."

Xəbər 234 dəfə oxundu

Ana səhifə