PALITRA
  Gündəlik online qəzet
23.05.2020 | 21:06:00 | Sosial şəbəkədə paylaş:

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Daşkənddəki uşaq evlərinə, sosial vəziyyəti zəif olan yerli azərbaycanlılara Ramazan bayramı sovqatı göndərib.
Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbək xalqlarının müqəddəs bayramı – Ramazan bayramı münasibəti ilə Daşkənddə azərbaycanlı və özbək kimsəsiz uşaqların təhsil aldığı 30 saylı, habelə fiziki qüsurlu uşaqlar üçün olan 1 saylı uşaq evlərinə bayram sovqatı göndərib.
Qeyd edək ki, Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Daşkənddəki azərbaycanlı və özbək yetim uşaqlarının təhsil aldığı 30 saylı Uşaq evini himayəyə götürmüş və mütəmadi olaraq sözügedən məktəbin uşaqlarına bayram sovqatları göndərir.
Bundan başqa, Daşkənddə sosial vəziyyəti zəif olan yerli azərbaycanlılar da unudulmamış, soydaşlarımıza Azərbaycan dövlətinin adından bayram hədiyyəsi təqdim edilmişdir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan Azərbaycan Mədəniyyət Mərkəzi müqəddəs bayramımız olan Ramazan bayramı münasibəti ilə xalqımızı, bütün soydaşlarımızı təbrik edir, Sizlərə bu bayram günlərində birlik, həmrəylik, sağlıq, xoşbəxtlik və dövlətlərimizə isə daim yüksəliş, rifah arzulayır.



Xəbər 270 dəfə oxundu

Ana səhifə