PALITRA
  Gündəlik online qəzet
23.05.2020 | 22:31:00 | Sosial şəbəkədə paylaş:

50 saylı Abşeron-Qobustan seçki dairəsində yaşayan seçicilərimizlə növbəti onlayn qəbulumuz baş tutdu. Karantin dövrünün şərtlərini nəzərə alaraq seçicilərimizin müraciətləri əsasında onlayn zənglər ilə bu gün 10 vətəndaşın qəbulunu həyata keçirdik.

Bunu həmin Dairədən seçilən millət vəkili Şahin Seyidzadə deyib.

“Abşeron (Qobu, Hökməli, Atyalı qəsəbələri) və Qobustan (Qobustan şəhəri, Təklə Mirzəbaba kəndi) rayonlarından məşğulluq, hüquq, torpaq, idman və sağlamlıq sahələri üzrə müraciət edən seçicilərimiz qəbul edilib. Gün ərzində keçirilən görüşlərdə vətəndaşların müraciət etdiyi mövzular ilkin olaraq dinlənilərək müvafiq sənədlər qəbul edilib, növbəti addımlarla bağlı istiqamətlər verilib”-deyə, o, əlavə edib.

Xəbər 288 dəfə oxundu

Ana səhifə