PALITRA
  Gündəlik online qəzet
23.05.2020 | 14:37:00 | Sosial şəbəkədə paylaş:

Covid-19 virusuna yoluxanların 18%-i tibb işçisidir

Millət vəkili Nigar Arpadarai həkimlər üçün həyat sığorta sisteminin önəmi barədə yazıb. O deyir: ”Ölkəmizdə karantin şərtləri yumşaldılır və biz koronavirusla mübarizə dönəmindən aldığımız ilkin dərslər haqqında danışa bilərik. Qeyd etmək istədiyim bir neçə məqam var:

1. Bütün bu həftələr ərzində işlərini mükəmməl görən polis əməkdaşlarımıza təşəkkür etməliyik. Onların üzərinə çətin iş düşürdü. Səbrlə, təmkinlə, vətəndaşlarla ünsiyyət quraraq üzərilərinə düşən məsuliyyətli işi həyata keçirdilər.
2. Könüllülərimizi bir daha qeyd etmək istəyirəm. Çətin gündə vətəndaşların yanında oldular.
3. Lakin fədakarcasına işlərini görən həkimlərimiz hələ də ciddi təzyiq altında işləyirlər. Dövlət başçısı karantin tədbirlərinin tətbiq olunmasının ilk dönəmində səhiyyə işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və əmək haqqlarının artırılması haqqında sərəncam imzalayıb. Lakin biz də fikirləşməliyik, təkliflərimizi etməliyik. Statistikaya görə 681 nəfər tibb işçisi Covid-19 virusuna yoluxub (yoluxanların 18%-i).
Mən hələ keçən ayın əvvəlində həkimlər və tibb personalı üçün həyat sığortasının tətbiqi ilə bağlı təklif irəli sürərək, bu mövzu ilə bağlı TƏBİB-ə və Mərkəzi Banka sorğularımı yönləndirmişəm. TƏBİB-dən hələ cavab gözləyirəm, anlayıram ki, hazırda bu qurumun üzərinə ciddi yük düşür. Mərkəzi Bankın cavabını isə almışam. Gördüyüm budur ki, bu sistemin tətbiqi üçün qanunvericilikdə mexanizmlər var, sadəcə bəzi düzəlişlər-əlavələr olunmalıdır.

Həkimlər və tibb personalı üçün təhlükəsiz iş şəraitinin yaradılması ilə yanaşı, onlara digər “qoruma” üsulunu da təqdim etməliyik. Bu da həyat sığorta mexanizmidir. Bunu etmək üçün indi əsl zamanıdır

Xəbər 160 dəfə oxundu

Ana səhifə