PALITRA
  Gündəlik online qəzet
11.01.2017 | 14:38:00 | Sosial şəbəkədə paylaş:

Hər il olduğu kimi, bu il də “Kaspersky Lab” şirkəti ənənəyə sadiq qalaraq gələcək 12 ay üzrə proqnozlarını açıqlayıb. Ekspertlərin fikrincə, 2017-ci ildə məlumatların konfidensiallığının və istifadəçilərin şəxsi həyatlarının incəliklərinin qorunması, kriptovalyutaların inkişaf etdiyi bir dövrdə təhlükəsizliyin təmin edilməsi, eyni zamanda, getdikcə mürəkkəb və çətin hal alan hədəf hücumlarının tanınması ən vacib məsələlərə çevriləcək.
“Kaspersky Lab” şirkətinin ekspertlərinin fikrinə əsasən, APT növlü mürəkkəb hücumların gizlilik və nəzərə çarpmamazlıq tendensiyası 2017-ci ildə yeni istiqamətdə inkişaf edəcək, belə ki, cinayətkarlar “qısamüddətli yoluxma”lara üstünlük verəcək, hakerlər sistemdəqalma müddəti əhəmiyyətli olmayan proqram və alətlərdən istifadə edəcəklər.
Bununla yanaşı, son ayların hadisələri göstərir ki, kiberhücumlar getdikcə siyasi xarakter almağa başlayır. Xüsusən də dövlət səviyyəsində böyük kibercasusluq kampaniyalarının aşkarlanması ciddi geosiyasi problemlərə yol aça bilər. Digər tərəfdən isə bu hal böyük ehtimalla daha “problemli” insidentlərin görməzdən yaranmasına və geniş kütləyə çatmamasına gətirib çıxaracaq. O cümlədən, bu cür hallarda hökümətlərin qarşısında hücumların bütün tərəflər üçün qəbul edilən və uyğun səviyyəsini müəyyənləşdirmək kimi mühüm məsələnin həlli dayanır.

2017-ci ildə kibercinayətkarlar pul oğurlamaq üçün müxtəlif yollarla kiberhücumlar həyata keçirəcəklər. “Kaspersky Lab” şirkətinin ekspertləri düşünürlər ki, yeni ildə cinayətkarların diqqət mərkəzində sadəcə banklar deyil, həm də fond birjaları və investisiya fondları kimi maliyyə təşkilatları da olacaq.
Fuad

Xəbər 116 dəfə oxundu

Ana səhifə