PALITRA
  Gündəlik online qəzet
11.01.2017 | 16:09:00 | Sosial şəbəkədə paylaş:

SOCAR tərəfindən 2016-cı ilin dekabr ayında dövlət büdcəsinə 129 mln. 56 min manat vəsait ödənilib.
 
Şirkətdən verilən xəbərə görə, bu göstərici 2015-ci ilin dekabr ayı ilə müqayisədə 53 mln. 736 min manat və ya 171,3% çoxdur.
 
Ümumiyyətlə, ötən ilin yanvar-dekabr aylarında büdcəyə 1 mlrd. 395 mln. 421 min manat vəsait ödənilib.
 
Bundan əlavə, 2016-cı ilin dekabr ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 12 mln. 666 min manat vəsait köçürüb. Ümumiyyətlə, ötən ilin yanvar-dekabr aylarında şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 144 mln. 417 min manat təşkil edib ki, bu da 2015-ci ilin analoji dövrü ilə müqayisədə 5 mln. 119 min manat və ya 103,7% çoxdur.
Tural

Xəbər 62 dəfə oxundu

Ana səhifə