PALITRA
  Gündəlik online qəzet
11.01.2017 | 17:10:00 | Sosial şəbəkədə paylaş:

BMT-nin Uşaq Fondu (UNICEF) uşaqların erkən inkişafının vacibliyinə diqqəti cəlb etmək məqsədilə yeni kampaniyaya başlayıb.
AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, təşəbbüsü LEGO Fondu dəstəkləyib. Təşəbbüsün müəllifləri xatırladırlar ki, böhranlı dövrdə balacaların qayğıya, məhəbbətə, düzgün qidalanmaya, stressdən və zorakılıqdan müdafiəyə ehtiyacı var.
Anadan doğulan uşağın beyni ilk min gün sonra görünməmiş sürətlə inkişaf edir. Hər saniyə beyində minə yaxın yeni birləşmə yaranır. Bu birləşmələr bir çox hallarda uşağın həyatının sonrakı illərində onun beyninin imkanlarını təmin edir.
Təxminən 250 milyon uşaq inkişaf etməkdə olan ölkələrdə yoxsulluq həddində yaşayan ailələrdə doğulur. Kampaniyanın köməyi ilə UNICEF hökumətləri uşaqların erkən inkişafına sərmayə qoymağa çağırır.
Mahmud

Xəbər 104 dəfə oxundu

Ana səhifə