PALITRA
  Gündəlik online qəzet
11.01.2017 | 17:22:00 | Sosial şəbəkədə paylaş:

Ötən il Naftalanın kurort-sanatoriya və turizm mərkəzləri 54 ölkədən turist qəbul edib. Həmin mərkəzlərdə bir ildə 25 min turist istirahət edib, yaxud müalicə alıb. Bu isə ölkəmiz müstəqillik əldə etdikdən indiyədək Naftalanda qeydə alınan ən yüksək göstəricidir. Bu barədə Naftalan Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, son illər şəhərdə turizmin sağlamlıq, istirahət-əyləncə sahələrinin inkişafı istiqamətində görülən işlər, istifadəyə verilən beş ulduzlu otellər, təklif olunan xidmətlər, hər kəs üçün münasib qiymətlər, eləcə də şəhərin turizm imkanlarının ardıcıl təbliği yerli və xarici turistlərin sayına müsbət təsir göstərib.
Şəhərə gələn turistlərdən 5 min 200 nəfəri xaricilər olub. Əcnəbilərdən Rusiya, Qazaxıstan, Qırğızıstan, Ukrayna və İsraildən olan turistlər çoxluq təşkil edib. Həmçinin ötən il ilk dəfə olaraq Cənubi Amerika, Avstraliya, Afrika və Uzaq Şərq ölkələrindən də turistlər qəbul edilib.

Nigar

Xəbər 319 dəfə oxundu

Ana səhifə