PALITRA
  Gündəlik online qəzet
11.01.2017 | 19:51:00 | Sosial şəbəkədə paylaş:

Xorvatiyada 2016-cı ilin ən yaxşı futbolçusu müəyyənləşib. Xorvatiya millisinin və "Real"ın futbolçusu Luka Modriç ötən ilin ən yaxşısı seçilib. O, ekspertlər və keçmiş oyunçular arasında keçirilən sorğuda rekord xal - 110 xal yığıb. Bununla da , o, beşinci dəfə ölkəsinin ən yaxşı futbolçusu seçilib. Qeyd edək ki, L.Modriç ötən il "Real"la Çempionlar Liqasını, Avropa superkubokunu və klublararası dünya çempionatını qazanıb.

Xəbər 40 dəfə oxundu

Ana səhifə