PALITRA
  Gündəlik online qəzet
11.01.2017 | 19:56:00 | Sosial şəbəkədə paylaş:

Azərbaycanın tanınmış şahmatçısı, beynəlxalq qrossmeyster Vüqar Həşimovun vəfatından üç il ötür. Bununla əlaqədar görkəmli şahmatçının xatirəsinə həsr olunan, “ASAN” könüllüləri arasında keçirilən turnirin iştirakçıları, Vüqar Həşimovun yaxınları, şahmatçılar və ölkə ictimaiyyətinin nümayəndələri yanvarın 11-də ikinci Fəxri xiyabana gələrək mərhum şahmatçının məzarını ziyarət ediblər. Tədbir iştirakçıları Vüqar Həşimovun məzarı önünə gül dəstələri qoyaraq, onun xatirəsini ehtiramla yad ediblər.

Xəbər 32 dəfə oxundu

Ana səhifə