PALITRA
  Gündəlik online qəzet
11.01.2017 | 20:03:00 | Sosial şəbəkədə paylaş:

ABŞ Prezidenti Barak Obama Çikaqodakı “Makkormik-pleys” mərkəzində vida nitqi ilə çıxış edib. Prezident Amerika xalqına müraciətlə qeyd edib ki, son səkkiz ildə ABŞ bir sıra göstəricilər üzrə irəliləyişə nail olub: iş yerlərinin sayı artıb, avtomobil sənayesi bərpa olunub, Amerika 2008-ci il iqtisadi böhranından çıxıb, əvvəllər tibbi sığortası olmayan 20 milyondan çox Amerika sakini üçün tibbi sığorta təmin edilib, seksual azlıqların nikah bağlaması üçün onlara azadlıq verilib, Kuba ilə diplomatik münasibətlər bərpa olunub, “bircə dəfə də atəş açılmadan” İranın nüvə proqramı dayandırılıb, ABŞ-ın düşməni – 2001-ci ildə terror hücumlarının əsas təşəbbüskarı olmuş Usama bin Laden məhv edilib. Obama Amerika cəmiyyətinin problemləri barədə söhbət açaraq qeyd edib ki, ABŞ-da demokratiya üçün əsas təhlükə mənbələrindən biri irqçilik və iqtisadi qeyri-bərabərlikdir. O, terrorizmin dünya nizamı və Birləşmiş Ştatlar üçün təhdid olmasını da xatırladıb. ABŞ-ın 44-cü Prezidenti Amerika xalqına müraciət edərək ölkənin siyasi həyatında daha fəal olmağa, öz seçki hüququndan və siyasətdə iştirak etmək azadlığından istifadə etməyə çağırıb. 20 minə yaxın insanın toplaşdığı tədbirdə birinci xanım Mişel Obama və Prezidentin böyük qızı Malia Obama, həmçinin vitse-prezident Co Bayden və onun xanımı Cill Bayden də iştirak edib

Xəbər 44 dəfə oxundu

Ana səhifə