PALITRA
  Gündəlik online qəzet
21.09.2018 | 12:10:00 | Sosial şəbəkədə paylaş:

Otel seçimində wi-fi internet xidmətinin keyfiyyəti mühüm meyar kimi ortaya çıxıb

Dünyada turizmin inkişafı ilə əlaqədar bu sektorda müxtəlif dəyişikliklər də özünü göstərir. Bu yalnız yeni turizm növlərinin meydana çıxması ilə məhdudlaşmır. Eyni zamanda turistlər olduqları ölkələrdə xidmətləri də dəyərləndirirlər.
“Zyxel” tərəfindən aparılan yeni bir araşdırma, Avropadakı otellərin yarısından çoxunda (55%) müştərilərin ən çox tələb etdiyi üç xidmətdən birinin wi-fi olduğunu ortaya çıxarıb. Həmin araşdırma məlumatlarına görə otellərin 38 faizi, şəbəkəyə bağlanan cihaz sayının çox olması səbəbi ilə daha yaxşı xidmət təklif etmək üçün əlavə səy sərf edir və yeni texnologiyalara sərmayə qoyur. Statistika “Zyxel”in Qərbi Avropa Otelləri üzrə Şəbəkə Əlaqəsi Hesabatından alınıb. “Zyxel” qrupu xidmət keyfiyyətini artıra bilmək üçün yerləşdirmə sektorunda, otel qonaqlarının internet seçimləri və şəbəkə texnologiyalarının əlaqə keyfiyyəti ehtiyacını araşdırıb. Araşdırmaya 9 böyük Avropa ölkəsindən 400-dən çox texnologiya rəhbəri qatılıb.
Anketə qatılanların beşdə biri ( 18 %) zəif wi-fi siqnalını səs-küydən sonra ən çox şikayət edən ikinci məsələ kimi qiymətləndirib. Otel rəhbərlərinin yalnız 37 faizi xidmətlərində hər hansı bir problem yaşamadıqlarını bildirmələrinə baxmayaraq, 10 faiz qonaqlara təqdim edilən wi-fi xidmətindən məmnuniyyətini "çox deyil", ya da "heç məmnun deyil" şəklində qeyd ediblər. Araşdırmaya qatılan məlumat əməliyyat rəhbərlərinin yarısından çoxu isə ( 52 %) şəbəkəyə eyni vaxtda olaraq bağlanmağa çalışan cihazların sayının problem olduğunu ifadə ediblər.
Araşdırma şirkəti “Global WebIndex”, fərdlərin malik olduğu şəbəkəyə bağlı cihaz sayının ailə üçün ortalama 3,64 faiz olduğunu, “eMarketer” isə ötən il Qərbi Avropadakı ağıllı telefonun ümumi əhaliyə nisbətlə 70 faizdən bir az çox olduğunu göstərib. Hər iki şirkətin məlumatlarına görə təşkilatlar bulud xidmətlərini istifadəyə keçdikcə və istifadəçilər daha çox online video izlədikcə wi-fi xidmətləri təqdimatında çətinlik daha da artacaq.
Bu qlobal məlumatlarla bağlı qiymətləndirmə aparan “Zyxel”in Türkiyə üzrə rəhbəri Ömər Faruk Erünsal, araşdırmanın nəticələrinə bu cür şərh edib: "Anketə qatılan otel rəhbərlərinin təxminən üçdə ikisi şəbəkə ilə əlaqədar problemlərlə qarşılaşdığını, yarısından çoxu şəbəkəyə bağlanan cihaz sayının mütəmadi olaraq maneə törətdiyini ifadə edir. Bir problem varsa, əlbəttə, qonaqların 3G / 4G-yə keçməsini gözləmək olmaz. Eləcə də yaşıllıq ərazilərdə hələ etibarlı mobil məlumat xidmətləri olmayan bir çox otel var. Bundan əlavə, bütün xarici qonaqlar məlumatların rouminqindən yararlana bilməzlər. Bu baxımdan, wi-fi internetə qoşulmaq üçün ən qənaətli yol ola bilər. Otellərin bu sahədə zəruri investisiyalar qoyması qaçılmazdır".
Araşdırma məlumatlarına görə, bir çox wi-fi probleminin səbəbləri, otel rəhbərlərinin, az qala, yarısının ( 49 faiz) quraşdırılmadan əvvəl sahə seçimi etməməsi, ya da edilib- edilmədiyini bilmədiyi açıqca görünür. Ömer Faruk Erünsal qeyd edib ki, hər bir otel fərqlidir və hər birinin effektiv wi-fi şəbəkəsinin yaradılması üçün müəyyən çətinlikləri var. Ümumi problemlər arasında daxil nöqtələrdən məsafələr, divar qalınlığı və s. var. Bu kimi texniki məlumat ehtiva edən məsələlər ancaq bir professionalın köməyi ilə həll edilə bilər: “Məkanı seçmədən əvvəl bir wi-fi şəbəkəsi qurmaq, məkanın qonaq sayına uyğun olub olmadığına nəzarət etmədən bir qonaqlıq vermək kimidir. Otel rəhbərləri inşaat mühitinin ehtiyaclarına və ya qonaqlarına uyğun wi-fi düzəltmirlər, buna görə istifadəçi problemləri ilə qarşılaşırlar”.
Nigar

Xəbər 75 dəfə oxundu

Ana səhifə