PALITRA
  Gündəlik online qəzet
12.01.2018 | 23:29:00 | Sosial şəbəkədə paylaş:

Fevralın 9-da Nyu-York Universitetində Azərbaycanın Əməkdar Artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, beynəlxalq müsabiqələr laureatı Nərgiz Əliyarovanın mühazirə-konserti olacaq.
AZƏRTAC musiqiçinin saytına istinadla xəbər verir ki, mühazirə-konsert Azərbaycan musiqisinin XX əsrin ikinci yarısından başlayaraq indiyədək olan mərhələsini əhatə edəcək. Tədbirdə Q.Qarayev, V.Mustafazadə, C.Hacıyev, A.Rzayev, A.Əlizadə, A.Məlikov, F.Əlizadə və F.Sücəddinovun əsərləri səsləndiriləcək.

Xəbər 20 dəfə oxundu

Ana səhifə