PALITRA
  Gündəlik online qəzet
13.01.2018 | 01:32:00 | Sosial şəbəkədə paylaş:

2017-ci ildə cəbhə bölgəsində yerləşən Ağdam rayonunda digər kənd təsərrüfatı məhsulları kimi tərəvəz istehsalında da artım olub.
Ağdam rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, kəndli fermerlər və torpaq mülkiyyətçiləri ötən il 3724 hektar sahədə tərəvəz becəriblər. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1179 hektar çoxdur. Tərəvəz sahələrinin 94 hektarı kələm, 254 hektarı xiyar, 255 hektarı pomidor, 3050 hektarı baş soğan, 71 hektarı digər bitkilər olub. Sahələrdən 75 min 324,6 ton və ya 51,2 faiz çox məhsul götürülüb ki, bunun da 1360 tonu kələm, 4711 tonu xiyar, 5261 tonu pomidor, 62695 tonu baş soğan, 1297 tonu digər tərəvəz bitkiləridir. Kələmin məhsuldarlığı 6,6 sentner, xiyarın məhsuldarlığı 0,3 sentner, pomidorun məhsuldarlığı 10,5 sentner, baş soğanın məhsuldarlığı 2,8 sentner artıb.

Xəbər 17 dəfə oxundu

Ana səhifə