PALITRA
  Gündəlik online qəzet
13.01.2018 | 17:04:00 | Sosial şəbəkədə paylaş:

Braziliya millisinin sabiq futbolçusu Ronaldo həmyerlisi Neymarın “Barselona”dan PSJ-yə keçidinə münasibət bildirib.
Veteran hücumçu Neymarın bu addımının bəyənmədiyini deyib:
“İdman prinsipləri baxımından Neymarın PSJ-yə keçidi geriyə atılmış addımdır. Ancaq hər kəs özü üçün yeni macəra axtarır”.
Ronaldo özünün “Barselona”dan Milan “İnter”inə keçidini isə belə izah edib: “Mən də vaxtilə “Barselona”nı tərk edib, “İnter”ə keçmişəm. Ancaq o zaman İtaliya çempionatı daha gərgin idi”.
Xatırladaq ki, ötən ilin yayında “Barsa”dan 222 milyona PSY-yə transfer olunan Neymar dünyanın ən bahalı futbolçusu olub.


Xəbər 21 dəfə oxundu

Ana səhifə