Budurmu Paşinyanın “iqtisadi inqilab” proqramı?
Tarix: 09.02.2019 | Saat: 17:25:00 | E-mail | Çapa göndər



Xatırladım ki, bu günlərdə erməni parlamentinin fövqəladə iclasında Paşinyan hökuməti ölkənin gələcək iqtisadi inkişafı ilə bağlı beşillik proqramı təsdiq etdirib. Maraqlıdır ki, səsvermədən əvvəl öz populist çıxışları ilə erməni xalqənı hələ də tərəddüddə saxlayan erməni baş nazir bu proqramın ölkədə xarüqələr yaradacağını, bəlkə də beşilliyin otalarında iqtisadi göstəricilərə görə dünyaya səs salacaqlarını da “istisna etmədiyini” bəyan edib.

“Düşünürəm ki, artıq düzgün quruluş və prinsiplərlərə əsaslanan yaxşı bir proqrama malikik. Proqrama aid vasitələr və rəqəmsal göstəricilər hökumət proqramının təsdiqindən sonra işə başlayacağı sektoral proqramlarda da əks olunacaq”. Bunu isə Paşinyanın müavini Mqer Qriqoryan bildirib.
“Təbii ki, baş nazir və onun müavininin bu qədər əla qiymətləndirmələri çərçivəsində proqramın parlament tərəfindən yekdilliklə qəbul ediləcəyinə şübhə yox idi”. Fəqət, bunu isə ermənilərin “1in.am” saytı yazır.: “Proqram, demək olar ki, heç bir makroiqtisadi hədəflərə malik deyil və gələcəkdə verilən vədlərin yerinə yetirilməsinin olub-olmadığını qiymətləndirmək üçün burada heç bir göstərici yoxdur”. Düşünürəm ki, Paşinyanın “müxalifət” adı altında .erməni parlamentinə caladığı “İşıqlı Ermənistan” fraksiyasının bu fikirləri ilə yeni beşillik proqramı ilə tanış olan əksər erməni ziyalıları razılaşa bilər.
Məsəslə bundadır ki, praktik olaraq xüsusiyyətlərdən azad olan bu proqramda "niyə" və "necə" suallarına cavablar olmadığı yerlərdə daha çox xoş arzular var. Nümnə üçün deyək ki, proqramda Ermənistanda illik ÜDM-in ən azı 5 faiz artımının təmin ediləcəyi göstərilir. Yada salsaq ki. Karen Karapetyanın baş nazirliyi dövründə, yəni 2017-ci ildə bu göstərici 7 faiz göstərilirdisə, sual olunur, belə olan halda xalqın Paşinyana qoşulub inqilab etməsinə nə hacət vardı? Axı, Paşinyan və onun komandasının “inqilabı” ölkədə nəyi dəyişə bilib və ya bundan sonra dəyişə biləcəkmi?
Qeyd edim ki, bunları gözə alan erməni saytı Paşinyanın xalqa sırımağa çalışdıdğı proqramı “iqtisadi inqilab” proqramı deyil, əksinə keçmiş inqilabın nəticələrinin redaktə edilmiş forması olduğunu bildirir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
23.04.2019
Ukrayna MSK prezident seçkilərində Vladimir Zelinskinin qələbəsini elan edib
23.04.2019
Özbəkistan, Türkiyə və Pakistanın birgə hərbi təlimi başlayıb
23.04.2019
“Eurasianet”: “Ermənistanda iqtisadi artım hələ də aşağı səviyyədədir”
23.04.2019
Paşinyan sürücüsünün qohumunu gömrük direktoru təyin edib
23.04.2019
Ermənistandakı Rusiya bazasının təyyarələri yeniləri ilə əvəzlənəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info