İnsulin inyeksiyasını əvəzləyən həb hazırlanıb
Tarix: 09.02.2019 | Saat: 17:27:00 | E-mail | Çapa göndər



Massaçusets Texnologiya İnstitutunun mütəxəssisləri orqanizmə insulinin peroral (ağız vasitəsilə qəbulu) çatdırılmasını təmin edən texnologiya işləyib hazırlayıblar. Onun köməyi ilə alimlər diabet xəstələrinin ənənəvi müalicəsində insulin inyeksiyasını əvəzləyəcək həb-kapsul hazırlayıblar.
AZƏRTAC bu barədə “MedikForum”a istinadla xəbər verir.

İnsulin asılılığı olan diabet xəstələri inyeksiyanı hər gün həyata keçirməlidirlər. Amerikalı alimlər tərəfindən yaradılan xüsusi kapsul insulini mədəyə çatdırır, burada da dərman qoruyucu örtüyü lazımi dəqiqədə tərk edir.
“Yeni həb mədənin dəyişkən mühitinə yaxşı uyğunlaşır. Kapsul biopozucu polimer və paslanmayan polad komponentlərindən hazırlanıb. Bütün doza çıxdıqdan sonra kapsul sərbəst şəkildə orqanizmdən xaric olunur”, - deyə ixtiranın müəllifləri bildiriblər.
Alimlər heyvanların (donuzlar) üzərində apardıqları silsilə eksperimentlərdə həmin həbin hansı miqdarda insulini orqanizmə çatdıra biləcəyini yoxlayıblar. Bu yaxınlarda onlar dozanı 5 mq-dək artırmağa müvəffəq olublar. Bu, diabet xəstələrinə zəruri olan insulin miqdarı ilə tutuşdurula bilər.
Ekspertlər bildirirlər ki, bu yenilik digər inyeksiyalı dərman vasitələrində də tətbiq edilə bilər.




 
Bölməyə aid digər xəbərlər
23.04.2019
Hansı daha faydalıdır: tərəvəzlər yoxsa meyvələr?
22.04.2019
Suraxanıda 135 min 889 nəfər və 101 təşkilatın kollektivi tibbi müayinədən keçib
19.04.2019
Siqareti tərgitmək istəyirsizsə, bu qoxuları iyləyin
19.04.2019
Çay içdikdən sonra mütləq 1 stəkan su için
17.04.2019
Ürəyin işini yaxşılaşdırmaq üçün ən sadə üsul bilirsinizmi nədir?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info