Sabah ali məktəblərə qəbulla bağlı sınaq imtahanı keçiriləcək
Tarix: 09.02.2019 | Saat: 17:48:00 | E-mail | Çapa göndər


Fevralın 10-da Dövlət İmtahan Mərkəzi (DİM) 2019-cu ildə ali təhsil müəssisələrinin bakalavr səviyyəsinə qəbul imtahanının ikinci mərhələsinin modelinə uyğun sınaq imtahanı keçirəcək.
DİM-dən Trend-ə verilən məlumata görə, imtahanda iştirak etmək üçün internet vasitəsilə 28 337 abituriyent qeydiyyatdan keçib. İmtahanlar Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Tovuz, Şəki, Mingəçevir, Zaqatala, Bərdə, Ağcabədi, Göyçay, Şamaxı, İsmayıllı, İmişli, Füzuli, Sabirabad, Salyan, Kürdəmir, Şirvan, Xaçmaz, Lənkəran, Cəlilabad, Masallı şəhərlərində ümumilikdə 55 binada təşkil olunacaq.
Sınaq imtahanı bütün binalarda saat 11:00-da başlanacaq. Buraxılış rejiminin yeni qaydalarına əsasən imtahan binasına buraxılış saat 10:45-də başa çatacaq. İmtahanın başlanmasına 15 dəqiqə qalmış heç kim binaya buraxılmayacaq. İmtahan iştirakçıları bunu nəzərə almalı və buraxılış vərəqəsində göstərilən vaxtdan gec olmayaraq imtahan binasında olmalıdırlar.

İmtahanın müddəti 3 saatdır. Yazı tələb olunan açıq tipli tapşırıqların cavabları cavab vərəqində nəzərdə tutulan müvafiq yerlərdə, digər tapşırıqların cavabları isə cavab kartında qeyd olunur. İmtahanın sonunda cavab vərəqləri və cavab kartları abituriyentlərdən təhvil alınır.
Abituriyentlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya, mətn və ya mənbə əsasında hazırlanıb. Digər açıq formalı tapşırıqlar uzun müddət istifadə olunan və cavabları kodlaşdırıla bilən hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır.
İmtahanların idarə edilməsi üçün 180 imtahan rəhbəri, 1654 nəzarətçi-müəllim ayrılıb.




 
Bölməyə aid digər xəbərlər
23.04.2019
UFAZ-ın tələbələri Bakı Metropolitenində praktiki biliklərə yiyələnirlər
23.04.2019
“Azərbaycan dilinin Orfoqrafiya Normaları”
23.04.2019
Bakı Ali Neft Məktəbində SPM-in yeni qrupunun açılışı oldu
23.04.2019
Azərbaycan qalaları haqqında kitab nəşr edilib
23.04.2019
23 aprel – Dünya Kitab və Müəlliflik Hüququ Günüdür

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info