“Arşın mal alan” Özbəkistan Teatrının səhnəsində
Tarix: 10.02.2019 | Saat: 17:24:00 | E-mail | Çapa göndər



Özbəkistan Dövlət Musiqili Teatrında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının özbək dilində yeni aktyor heyəti tərəfindən hazırlanmış tamaşası nümayiş olunub.

AZƏRTAC xəbər verir ki, tamaşanın təqdimatında Özbəkistanın mədəniyyət və incəsənət xadimləri, Azərbaycan diasporunun üzvləri və jurnalistlər iştirak ediblər.
Tamaşanın rejissoru, Əməkdar İncəsənət Xadimi Əhəd Farmonovdur. Əsas rolları Aman Yuldaşev, Dilarom Abdualimova, Nargiza Şaxobova, Musallam Dadajonova, Marifat Artikova ifa edib.
Bu əsər 100 ildən çoxdur ki, Orta Asiyanın müxtəlif teatrlarında tamaşaya qoyulur və həmişə də anşlaqla keçir. “Arşın mal alan” Özbəkistanda ilk dəfə 1919-cu ildə Daşkənddəki “Kolizey” teatrında tamaşaya qoyulub. Elə həmin il Bakıdan gələn rejissor Mirzə Həbib Axundzadə Səmərqənddə yaşayan azərbaycanlılardan ibarət teatr truppası yaradıb və əsər bu qədim şəhərdə səhnələşdirilib.
1922-ci ildə bu əsərə Daşkəndin “Raxat bağçası” teatrında Sidqi Ruhullanın rəhbərliyi ilə Azərbaycandan gələn aktyorlar səhnə həyatı veriblər. Tamaşa sonrakı illərdə Daşkənd, Fərqanə, Buxara, Kokand, Xarəzm, Səmərqənd şəhərlərində teatrsevərlərə təqdim edilib. Bir neçə il əvvəl isə Daşkənddəki Operetta Teatrı “Arşın mal alan”ı rus dilində tamaşaya hazırlayıb.
Qeyd edək ki, Üzeyir Hacıbəylinin bu ölməz əsəri 76 ölkənin 187 teatrında səhnələşdirilib. 1945-ci ildə çəkilən “Arşın mal alan” filmi isə 136 ölkədə nümayiş etdirilib.




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
Şəkidə və Mingəçevirdə “Fəlakət“ komediyasının təqdimatı keçirilib
18.02.2019
Təhsil müəssisələrində Nəsimiyə həsr olunan ədəbi-bədii gecələr və müsabiqələr keçiriləcək
18.02.2019
Milli Dram Teatrının kollektivi Masallıda qastrol səfərində
18.02.2019
Fuad Cəfərlinin şeirlər kitabı işıq üzü görüb
18.02.2019
Heydər Əliyev Mərkəzində rus avanqard rəssamlarının nadir əsərlərindən ibarət sərgi açılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10602

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info