Karateçilərimiz Avropa çempionatını 4 qızıl və 1 bürünc medalla başa vurub
Tarix: 11.02.2019 | Saat: 02:33:00 | E-mail | Çapa göndər



Danimarkanın Aalborq şəhərində 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclər arasında 46-cı, 21 yaşadək gənclər arasında isə 11-ci Avropa çempionatı başa çatıb.

AZƏRTAC xəbər verir ki, yarışların son günü daha bir karateçimiz qızıl medal qazanıb. Son qitə çempionatlarında bir-birinin ardınca iki bürünc medal qazanan Murad Hacızadə (kumite +84 kiloqram, şəxsi məşqçisi Rafael Məmmədov, milli komanda məşqçisi Anar Allahverdiyev) 21 yaşadək gənclər arasında Avropa çempionu olub. Dörd görüşdə rəqibə xal verməyən M.Hacızadənin qələbəsi ümumi komanda sıralamasında geriləyən Azərbaycan karateçilərini 4-cü pilləyə yüksəldib.
Yarışın əvvəlki günləri Roman Heydərov (21 yaşadək gənclər, kata), Əminağa Quliyev (16-17 yaşlı gənclər, -61 kiloqram), Tale Yaqubov (14-15 yaşlı yeniyetmələr, kumite) qızıl medala, Hüseyn Məmmədli (14-15 yaşlı yeniyetmələr, kumite) isə bürünc medala sahib olub.
Emil Güləhmədov (21 yaşadək gənclər, 84 kiloqram) bürünc medal uğrunda həlledici görüşdə, Osman Osmanlı isə yarımfinalda (14-15 yaşlı yeniyetmələr, +70 kiloqram) hakimin qərəzli mövqeyinə görə mükafatsız qalıb. Daha bir idmançımız İsmayıl Məhəbbətli (14-15 yaşlı yeniyetmələr, kumite, -70 kiloqram) təsəlliverici görüşlərə qatılsa da, üçüncülük şansını əldən verib.
Mükafatlandırma mərasimində Azərbaycan Milli Karate Federasiyasının prezidenti və Avropa Karate Federasiyasının (EKF) idarə heyətinin üzvü Yaşar Bəşirov iştirak edib. EKF tərəfindən etimad göstərilən beynəlxalq hakim Cahangir Babayev qitə çempionatının final görüşlərini idarə edən xüsusi referilər qrupuna daxil edilib.
46-cı və 11-ci qitə çempionatına 51 ölkədən 1092 idmançı qatılıb. 34 ölkənin karateçiləri müxtəlif əyarlı mükafatlara, 14 ölkənin idmançıları isə qızıl medala sahib olub.




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
“Barselona“da ciddi itki
20.08.2019
“Real“dan Neymara son təklif
20.08.2019
Bədii gimnastika üzrə 26-cı Azərbaycan çempionatı keçiriləcək
19.08.2019
Futbol üzrə Azərbaycan Premyer Liqasında birinci tura yekun vurulub
19.08.2019
Masallıda mini-futbol üzrə açılış mərəsimi keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info