Akademiyada bəziləri işə gəlmir, soruşanda da deyir ki, kitabxanada idim
Tarix: 11.02.2019 | Saat: 11:31:00 | E-mail | Çapa göndər


İstəyirik ki, akademiyada əmək intizamına əməl edilsin, çünki bundan sui-istifadə edilməsi halları var.
Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli elmi işçilərin kitabxanalarda işləmək üçün müəyyən edilmiş “yaradıcılıq günləri”ndə də işə gəlməsi ilə bağlı qoyulan tələbə münasibət bildirərkən deyib.
İ.Həbibbəyli hesab edir ki, elmi işçilərin həftənin bütün günlərində işə gəlməsini tələb etmək onların yaradıcılıq imkanlarının məhdudlaşdırılması demək deyil. Çünki AMEA-nın bütün institutlarında elmi işçilərin kitabxanalara getmədən, işlədiyi müəssisədə elmi fəaliyyətlə məşğul ola bilməsi üçün şərait yaradılıb.
Vitse-prezident qeyd edib ki, bunun üçün bütün institutlarda kitabxanalar və oxu zalları yaradılıb. İnstitutların çoxunda isə hətta müasir, elektron kitabxanalar təşkil edilib.
İ.Həbibbəyli hesab edir ki, bu tələb işə vaxtında gəlmək istəməyən elmi işçilərin bəhanələrini aradan qaldırır
“Kitabxana rəhbərləri institutların işçiləri üçün lazım olan kitabların sifarişini qəbul edir. Kitabxanalar həmin kitabları Mərkəzi Elmi Kitabxanadan gətirirlər, daha sonra isə onu işçiyə verirlər. Belə imkan hesabına işçilərin kitabxanalara getmə zərurəti aradan qaldırılır. Əgər kitabı əldə etmək mümkün olmursa, işçini rəsmi məktubla elmi işə görə arxivlərə, digər mərkəzi kitabxanalara göndəririk. Akademiyada bəziləri işə gəlmir və soruşanda da deyir ki, kitabxanada idim. Yoxlayanda isə məlum olur ki, kitabxanada olmayıb. Təbii ki, bu, hamıya aid deyil. Əgər kimsə, hər gün kitabxanalara getmək üçün “yaradıcılıq günləri”nin olmasını istəyirsə, onda demək kitabxana onlar üçün bəhanədir. Çünki kitabxana ilə bağlı hər cür şərait var. Düşünürəm ki, bunu etmək istəyənlər əmək intizamından yayınmaq istəyənlərdir. Düzdür, bunu inzibati qaydada etmirik, amma istəyirik ki, akademiyada əmək intizamına əməl edilsin, çünki bundan sui-istifadə edilməsi halları var. Bunu hamıya şamil etmək olmaz, amma belə hallar var və onun qarşısı alınmalıdır”.




 
Bölməyə aid digər xəbərlər
25.04.2019
Gürsel Baran: “Azərbaycanda özümüzü evimizdəki kimi hiss etdik”
24.04.2019
Müxalifət dəyişməlidir...
23.04.2019
“Erməni soyqırımı”, yalanlar və gerçəklər: Qərbin Türkiyəni şantaj siyasəti
23.04.2019
Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır
22.04.2019
Azərbaycan dövlətçilik tarixinin inkişaf mərhələlərinə ümumi bir baxış

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır
3 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 “Israel Hayom” qəzeti: “Azərbaycan müqəddəs Odlar Yurdudur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info