“ASAN Viza” vasitəsi ilə 1 milyonuncu viza verilib
Tarix: 11.02.2019 | Saat: 12:38:00 | E-mail | Çapa göndər


1 000 000-cu “ASAN Viza” sahibi Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanında qarşılanıb. Bu viza Fransa vətəndaşı Louis Henri Samoyaulta verilib. 1 000 000-cu vizanın sahibi kimi Louis Henri Samoyaulta “ABAD” tərəfindən xüsusi hədiyyə və Şahdağ Turizm Mərkəzinin istirahət vauçeri təqdim olunub.
Sonra L. H. Samoyault “ASAN xidmət” mərkəzi ilə tanış olub, mərkəzlərin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb. Həmçinin qonaq “ABAD” publik hüquqi şəxs, ASAN Radio ilə də tanış olub.
Qonaq “ASAN Viza” vasitəsi ilə elektron viza alma prosesindən məmnunluğunu bildirib, “ASAN xidmət”in fəaliyyətini yüksək qiymətləndirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 iyun 2016-cı il tarixli Fərmanı əsasında yaradılan “ASAN Viza” sisteminin idarə edilməsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən həyata keçirilir.
“ASAN Viza” sistemi www.evisa.gov.az elektron viza portalı və Azərbaycan ərazisində yerləşən Beynəlxalq Hava Limanlarında vizaların verilməsinin təmin olunması istiqamətləri üzrə fəaliyyət göstərir.
Ümumilikdə “ASAN Viza” sistemi vasitəsilə 95 ölkədən olan əcnəbilərə elektron viza verilməsi təmin edilir. “ASAN Viza”nın elektron viza portalı və hava limanlarındakı özünəxidmət terminalları 9 dildə fəaliyyət göstərir. Terminallar vasitəsilə orta hesabla bir əcnəbi vətəndaş üçün vizanın verilməsi 2 dəqiqə ərzində təmin edilir. Özünəxidmət terminalları ilə yanaşı xüsusi pəncərələr vasitəsi ilə viza verilməsi və bank xidmətləri də həyata keçirilir.
2018-ci ildə ölkə üzrə vizaların verilməsinin 80 faizi məhz "ASAN Viza" sistemi vasitəsi ilə təmin edilib.

Tural




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı keçiriləcək
19.02.2019
Prezident Türkiyədən olan deputatları qəbul edib
19.02.2019
Hindistanda toy yasa döndü
19.02.2019
Qahirədə törədilən partlayış nəticəsində 3 nəfər ölüb
18.02.2019
Rafiq Hüseynovun yaşadığı evin qarşısında barelyefi açılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10602

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info