Aİİ-də 2018-2019-cu tədris ilinin payız semestrinin ilk qış imtahan sessiyası yekunlaşıb
Tarix: 11.02.2019 | Saat: 12:42:00 | E-mail | Çapa göndər


Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 7 yanvar 2019-cu il tarixdə başlayan 2018-2019-cu tədris ilinin payız semestrinin ilk qış imtahan sessiyası yekunlaşıb.
İnstitutda 31 yanvar 2019-cu il tarixədək davam etmiş sessiya təsdiq olunmuş imtahan cədvəlinə uyğun surətdə yazılı, test üsulu və zəruri hallarda şifahi formada keçirilib.
Qeyd edək ki, 2018-2019-cu tədris ilinin payız imtahan sessiyası Təhsil Nazirliyinin mövcud qaydalarına uyğun təşkil edilib, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədi ilə Aİİ rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov əmr imzalayıb.
Xatırladaq ki, İmtahan sessiyasının mövcud normativ sənədlərə uyğun təşkili məqsədilə İnstitut rəhbərliyi tərəfindən xüsusi komissiya yaradılıb, imtahanlara nəzarət müəllim-koordinatorlar tərəfindən həyata keçirilib. İmtahanlar arasında 2 gündən az olmayan müddət təyin edilib, imtahana ayrılan zaman 2 saat müəyyənləşdirilib. Sessiya dövründə yarana biləcək mənfi halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın şəffaf, normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədilə yaradılmış Operativ Qərargaha daxil olan təklif və şikayətlər araşdırılıb, lazımi tədbirlər görülüb.
Məlumat olaraq bildiririk ki, sessiya boyunca tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmini, şəffaflığın qorunması məqsədilə ictimaiyyət nümayəndələrinin və valideynlərin iştirakı üçün lazımi şərait yaradılıb. Bütün bunlarla yanaşı, İnstitutun rəhbərliyi sessiya ərzində imtahan prosesini davamlı müşahidə edib, tələbələrin onlayn müraciətlərinə baxıb və müvafiq tapşırıqlar verib.

Tural




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanlar siyahısından xaric ediləcək
20.08.2019
47 nəfərin xarici ölkədə təhsil xərcinin maliyyələşdirilməsinə qərar verildi
20.08.2019
Biləsuvarda M.İbrahimov adına lisey-məktəb kompleksini bitirən şagirdlərin hamısı ali məktəblərə qəbul olub
20.08.2019
BDU-nu seçmiş tələbələrin sənəd qəbulu davam edir
19.08.2019
Naxçıvanda yüksək bal toplamış tələbələrlə görüş olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info