Balaca gimnast Mina Abbasovanın Polşada böyük qələbəsi
Tarix: 11.02.2019 | Saat: 12:43:00 | E-mail | Çapa göndər


8-10 fevral tarixlərində Polşanın Sosnoviç şəhərində Beynəlxalq Bədii Gimnastika Federasiyasının dəstəyi ilə Bədii gimnastika üzrə “Beynəlxalq Sosnoviç Qış Kuboku – 2019” yarışması keçirilib. Polşa ilə yanaşı, Macarıstan, Ukrayna, Çexiya, Slovakiya, Sloveniya, Portuqaliya, Bolqarıstan, İsrail və Avstriyanın 20-dən çox klubunun mübarizə apardığı turnirdə Azərbaycanı həmyerlimiz, 8 yaşlı gimnast Mina Abbasova təmsil edib. O, 2010-cu il təvəllüdlü gimnastlar arasında keçirilən fərdi yarışlarda böyük rəqib ordusunun olmasına baxmayaraq fəxri kürsünün ən yüksək pilləsini tutmuş, qızıl medala sahib olmuşdur!
Mina Azərbaycana olan sevgisini hər kəsə bəyan etmək üçün mükafatlandırma mərasimini əks etdirən fotolarında da xüsusi jestlərdən istifadə edib. O, fəxri kürsünün ən yüksək pilləsindən üç rəngli müqəddəs bayrağımıza sarılaraq Vətənimizə hərbi salam göndərib, bununla da Azərbaycan üçün hər zaman, hər şeyə hazır olduğunu bəyan edib. İstər münsiflər heyəti, istərsə də tamaşaçı auditoriyası balaca gimnastımızın bu jestini sürəkli alqışlarla qarşılayıblar.
Qeyd edək ki, Mina Abbasova artıq 3 ildir ki, Budapeşt şəhərində fəaliyyət göstərən, Beynəlxalq dərəcəli hakim Lyubov Bernat və Inga Mackusun rəhbərlik etdiyi “Rus RG Sport” klubunda məşğul olur. 5 yaşından başlayaraq iştirak etdiyi bütün beynəlxalq yarışlarda valideynlərinin işi ilə bağlı müvəqqəti yaşadığı ölkəni – Macarıstanı təmsil etsə də, ötən ilin avqustundan etibarən Budapeştdə keçirilən XVII ənənəvi “Gracia” kuboku turnirindən sonra Azərbaycan bayrağı altında çıxış edir. Balaca gimnastın ən böyük arzusu isə doğma Azərbaycanı Dünya çempionatlarında və Olimpiya oyunlarında təmsil etmək və üçrəngli bayrağımızı zirvələrə qaldırmaqdır! Uğur olsun, Mina!




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
“Barselona“da ciddi itki
20.08.2019
“Real“dan Neymara son təklif
20.08.2019
Bədii gimnastika üzrə 26-cı Azərbaycan çempionatı keçiriləcək
19.08.2019
Futbol üzrə Azərbaycan Premyer Liqasında birinci tura yekun vurulub
19.08.2019
Masallıda mini-futbol üzrə açılış mərəsimi keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info