Azərbaycan və Türkiyə diasporunun əməkdaşlığına dair konkret addımlar müzakirə olunub
Tarix: 11.02.2019 | Saat: 13:27:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) ilə Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqraba İcmalar İdarəsi (YTB) arasında birgə İşçi qrupun ilk iclası keçirilib. İclasda 2018-ci ilin noyabr ayında Ankarada Dövlət Komitəsi ilə YTB arasında əməkdaşlığa dair imzalanmış Memorandumdan irəli gələn məsələlər müzakirə olunub, konkret təkliflər səsləndirilib və onların icrası ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycan və Türk diasporunun uzun illərdir əməkdaşlıq etdiyini deyən DİDK-nın Aparat rəhbəri Daşqın Rəcəbli Dövlət Komitəsi ilə YTB-nin birgə fəaliyyəti nəticəsində bu işbirliyinin daha da güclənəcəyini vurğulayıb. Qeyd edib ki, bu, erməni yalanlarına qarşı mübarizə aparmaq məqsədilə beynəlxalq müstəvidə Azərbaycan və Türk cəmiyyətləri arasında koordinasiyanı gücləndirəcək.
YTB-nın sədr müavini Abdulhadi Turus isə təmsil etdiyi qurumun gənclərlə iş təcrübəsindən danışaraq, Türkiyədə təhsil alan əcnəbi və xaricdə oxuyan türk tələbələrin təqaüdlə təmin olunması, onların arasında koordinasiyanın qurulması işindən bəhs edib. Bundan başqa, o, xaricdəki istedadlı türk gənclərə Türkiyə dövləti tərəfindən dəstək göstərildiyini, xaricdəki türklərə yaşadıqları ölkədə onların hüquq və azadlıqları ilə bağlı təlim proqramının həyata keçirildiyini qeyd edib. A.Turus bu və digər layihələr çərçivəsində Azərbaycan diasporu ilə əməkdaşlığın daha səmərəli olacağını bildirib.
Görüşdə qondarma erməni soyqırımı, Xocalı faciəsi, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində birgə layihələr, Azərbaycan və Türk diasporlarının ayrı-seçkilik, irqçilik və islamofobiyaya qarşı birlikdə mübarizə aparmaq məqsədilə akademik səviyyədə fəaliyyət planının hazırlanması, ortaq mədəni dəyərləri qorumaq və sosial-iqtisadi səviyyəni yüksəltmək məqsədilə müştərək mədəni sosial, iqtisadi layihələrin həyata keçirilməsi müzakirə olunub.
İclasda bu ilin noyabrında Türkiyədə keçiriləcək Türk Diaspor Forumu çərçivəsində azərbaycanlı və türk iş adamlarının biznes forumunun təşkili, dünyadakı Azərbaycan və Türk icmasının digər xalqların diasporu ilə əlaqələrinin gücləndirilməsi, bir sıra ölkələrdə yerli idarəetmə orqanlarına seçkilər zamanı ortaq namizədlərin müəyyən edilməsi ilə bağlı konkret addımların atılması, xaricdəki azərbaycanlı və türk gənclərin forumunun təşkil olunması və digər təkliflər səsləndirilib. Müzakirə olunan məsələlərlə bağlı İşçi qrup tərəfindən yaxın vaxtlarda fəaliyyət planının hazırlanması və icrası ilə bağlı razılığa gəlinib.
İclasdan sonra qonaqlar DİDK-nın fəaliyyəti ilə yaxından tanış olmaq məqsədilə şöbələrdə əməkdaşlarla görüşüb. Onlara hər bir şöbənin fəaliyyəti və gördüyü işlər haqqında məlumat verilib.
Sonda qonaqlara xatirə hədiyyələri təqdim edilib.
Qeyd edək ki, YTB nümayəndələri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ – Türk Şurası) üzv dövlətlərin diaspor məsələlərinə məsul nazirlik və qurumları arasında təcrübə mübadiləsi proqramının açılışında və Türk Şurasının Təmas qrupunun 5-ci iclasında iştirak etmək məqsədilə Bakıya gəlib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
23.04.2019
Bürokratik əngəllər aradan qaldırılmalı, biznes qurmaq istəyənin qarşısında süni əngəllər qoyulmamalıdır
23.04.2019
Müxalifət ölkəmizdə keçirilən beynəlxalq yarışlara niyə qərəzli yanaşır?
23.04.2019
Birinci vitse-prezidentin köməkçisi: Azərbaycan Cənubi Qafqazda ABŞ-ın ən iri ticarət tərəfdaşıdır
23.04.2019
Azərbaycanla Avropa İttifaqı arasında saziş mayın 13-də imzalana bilər
23.04.2019
Azərbaycanın Formula 1 yüksəkliyi, milli qürur hissi və Əli Kərimli kimilərin mədə təfəkkürü

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info