Bakı Ali Neft Məktəbində “Qəhrəmanlar unudulmur” adlı tədbir keçirilib
Tarix: 11.02.2019 | Saat: 13:39:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbi (BANM) və “Zəfər Şəhid Ailələrinə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Qəhrəmanlar unudulmur adlı tədbir keçirilib. BANM-ın Konqres zalında keçirilən tədbirdə millət vəkilləri, müxtəlif dövlət qurumlarının rəhbər nümayəndələri, şəhid ailələri, Ali Məktəbin rəhbərliyi, professor-müəllim heyəti, tələbələri və media nümayəndələri iştirak ediblər. Konqres zalının foyesində həmçinin 2016-cı il aprel şəhidlərinin şəkillərindən ibarət sərginin nümayişi olub. Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra doğma vətənin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə qonaqları salamlayaraq çıxış edən BANM-ın rektoru Elmar Qasımov bildirib ki, vətən uğrunda canlarından keçən şəhid oğullarımızın əziz xatirəsini yad etmək hər bir Azərbaycan vətəndaşının borcudur. Rektor qeyd edib ki, 2016-ci il aprel döyüşləri sübüt etdi ki Azərbaycan ordusunun gücü və vətənpərvərlik ruhu çox yüksəkdir. “Biz doğma vətən torpaqlarını düşmən tapdaqlarından azad etmək üçün vuruşan və canından keçən milli qəhrəmanlarımızı gənclər arasında hər zaman təbliğ etməliyik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəhid ailələrinə verdiyi dəstək və diqqətdən ibrət alaraq bizim hər birimiz onların yanında olmalıyıq” – deyə rektor Elmar Qasımov bildirib. “Zəfər Şəhid Ailələrininə Dəstək” İctimai Birliyinin sədri Sevinc Əlizadə çıxış edərək qeyd edib ki, onun başçılıq etdiyi bu birlik bütün şəhid ailələrinin təşkilatıdır. O öz çıxışında zalda əyləşən bütün gəncləri şəhid ailələrinə mənəvi dəstək olmağa, onların yanında olmağa səsləyib, müasir gənclərə milli, vətənpərvər ruhda böyümələrini tövsiyə edib. Tədbirdə həmçinin Azərbaycan Respublikası Milli Məclisinin millət vəkilləri Qənirə Paşayeva və Vahid Əhmədov çıxış edib, şəhidlik zirvəsinə ucalan qəhrəman oğulların əziz xatirələrini ehtiramla yad ediblər. Aprel qazisi, polkovnik-leytenant Elşən Qarayev tədbir iştirakçıları qarşısında aprel döyüşlərində baş verən həyəcanlı anlardan, şəhid olmuş vətən oğullarının şücaətindən bəhs edib. Şəhid ailələrinin timsalında çıxış edən Aprel şəhidi Əbdülməcid Axundovun anası Ceyran Axundova isə onlara göstərilən bütün dəstək və qayğı üçün dövlətimizə, həmçinin bu tədbirin təşkilatçılığında əməyi keçən hər kəsə öz təşəkkürünü bildirib, gəncləri vətən uğrunda daim birləşməyə hazır olmağa çağırıb. Tədbir boyu BANM-ın tələbələri vətənpərvərlik ruhunda şerlər və musiqilər ifa edib. Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı isə milli qəhrəmanlar, vətən, əsgər mövzularına həsr olunmuş mahnıları səsləndirib.




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
ADPU-da pedaqoji təcrübənin başlanmasına həsr olunmuş konfranslar keçirilib
19.02.2019
Təqaüdlərin artırılması təhsil alan gənclərin daha yaxşı yaşamasına istiqamətlənib
18.02.2019
Aİİ-də “Xocalıda məhv olmuş 8 ailə” filmi nümayiş etdirilib
18.02.2019
ADPU-da professor Seyidağa Həmidovun xatirəsinə həsr olunmuş tədbir keçirilib
18.02.2019
Yaqub Mahmudova həsr olunmuş kitabın təqdimatı olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10602

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info