Bakı-Şamaxı-Yevlax avtomobil yolunda sürət həddi artırılır
Tarix: 11.02.2019 | Saat: 13:50:00 | E-mail | Çapa göndər


Avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi idarəsinin müraciəti əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Bakı-Şamaxı-Yevlax (M3) avtomobil yolunda tələb olunan yerlərdə nəqliyyat vasitələrinin maksimum hərəkət sürətinin aşağı və yaxud yuxarı həddə tənzimlənməsi ilə əlaqədar yol nişanlarının quraşdırılması işlərinə başlanılıb. AAYDA-nın ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata əsasən, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 28-101-ci kilometrlik hissəsində 90 kilometr-saat yol nişanları 110 kilometr-saat yol nişanları ilə əvəz edilir. Bu işlər fevralın 12-də axşam saatlarında yekunlaşdırılacaq. Sürücülərdən işlərin aparıldığı müddət ərzində sözügedən yolda diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.




 
Bölməyə aid digər xəbərlər
25.04.2019
Prezident “China National Electric Engineering” şirkətinin prezidenti ilə görüşüb
25.04.2019
Əhalinin banklardakı pulu 8 milyard manatı ötüb
25.04.2019
Sosial şəbəkələrdə İçərişəhərlə bağlı yayılan fotogörüntülər həqiqətə tamamilə ziddir
25.04.2019
“Formula 1” Azərbaycan Qran Prisinə həsr olunmuş poçt markası buraxılıb
25.04.2019
Soyğunçuluq edən şəxs saxlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır
3 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 “Israel Hayom” qəzeti: “Azərbaycan müqəddəs Odlar Yurdudur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info