Kiyevdə ucaldılacaq Nəsiminin heykəlinin eskiz layihələri təqdim olunub
Tarix: 11.02.2019 | Saat: 14:40:00 | E-mail | Çapa göndər


Kiyev şəhərinin mərkəzi parklarının birində ölkəmizin Ukraynadakı səfirliyinin sifarişi ilə Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin heykəlinin ucaldılması üçün iki variantda eskiz layihələri hazırlanıb. Bu barədə AZƏRTAC-a açıqlamasında Ukraynanın Xalq rəssamı, tanınmış heykəltəraş həmyerlimiz Seyfəddin Qurbanov məlumat verib. Onun sözlərinə görə, milli ornamentlər nəzərə alınmaqla heykəlin eskiz layihələri hazırlanaraq səfirliyə təqdim olunub. Kiyev şəhər Dövlət Administrasiyası və səfirliyin birgə təsdiq olunmuş variantından sonra heykəl hazırlanacaq. Tuncdan hazırlanacaq heykəl layihəsinin hündürlüyünün beş metr olacağı nəzərdə tutulur. Nəsiminin heykəlinin ucaldılması ilə bağlı artıq, Kiyev Şəhər Dövlət Administrasiyası ilə ilkin razılıq əldə edilib. Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan olunub.




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Ermənistan tərəfi iriçaplı pulemyotlarla atəşkəsi 22 dəfə pozub
20.08.2019
Meksikada silahlı hücum nəticəsində 6 nəfər ölüb
20.08.2019
“Twitter“ dövlət KİV-lərinin reklamını qadağan edəcək
20.08.2019
Tramp “Google“ şirkətini seçkiləri manipulyasiya etməkdə ittiham edib
19.08.2019
Azərbaycanda Aqrar Sığorta Fondu yaradılır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10865

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info