Moskvada Azərbaycanın baş sponsor olduğu “Prodexpo 2019” sərgisi açılıb
Tarix: 11.02.2019 | Saat: 14:46:00 | E-mail | Çapa göndər


Sərgidə 31 Azərbaycan şirkəti öz məhsullarını vahid ölkə stendində təqdim edir



Moskvadakı “Eksposentr” Mərkəzi Sərgi Kompleksində “Prodexpo 2019” sərgisi açılıb.
XXVI beynəlxalq qida məhsulları, içkilər və onların istehsalı üçün istifadə edilən xammal sərgisinin baş sponsoru bu il də Azərbaycan olub. Sərgidə təqdim edilən “Made in Azerbaijan” milli stendində geniş çeşidli məhsullar nümayiş olunur. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu sərginin açılış mərasimində çıxış edərək bildirib ki, buliki sərgidə ölkəmizin 31 şirkəti iştirak edir. Sərgi iştirakçı ölkələr üçün Rusiya bazarına çıxmaq, faydalı müqavilələr bağlamaq, ölkələrimiz arasında əmtəə mübadiləsini artırmaq və xalqlarımızın rifahını yüksəltmək üçün olduqca yaxşı fürsətdir.
Səfir xatırladıb ki, bu günlərdə Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin Azərbaycanda səfərdə olub: “Biz Azərbaycanla Rusiya arasında Samur çayı üzərində avtomobil körpüsünün tikintisinə baxış keçirdik. İnşaatçılar bu ilin sonunadək dördzolaqlı körpünün tikintisini başa çatdırmağı planlaşdırırlar. Körpü hazır olduqdan sonra hətta Hindistan, Əfqanıstan kimi uzaq ölkələrdən belə Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə yükləri 15-16 günə Ruisyaya və burdan da digər ölkələrə daşımaq mümkün olacaq. Beləliklə, çox böyük tranzit imkanları açılır. Biz, dostumuz və qonşumuz olan Rusiya ilə birgə digər ölkələrin ticarət əlaqələrinin genişlənməsinə kömək etməyə şadıq”. Azərbaycan şirkətlərinin təmsil olunduğu ekspozisiyada təzə kənd təsərrüfatı məhsulları, konservlər, mineral sular, müxtəlif alkoqollu və alkoqolsuz içkilər, çay, fındıq, qoz, quru meyvə, qənnadı məmulatları və sair təklif edilir. “Spirtli içkilər. Şərab. Pivə” salonuna gələnlər Azərbaycanın qədim şərabçılıq ənənələri ilə tanış olmaq imkanı qazanır. Rusiyanın Ticarət-Sənaye Palatasının himayəsi və Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə “Eksposentr” tərəfindən təşkil edilən “Prodexpo” postsovet məkanında ərzaq sənayesi məhsullarının ən genişmiqyaslı sərgi layihəsidir. Ümumi sahəsi 100 min kvadratmetrdən çox olan sərgidə dünyanın 65 ölkəsində qida məhsulları və müxtəlif içkilər istehsal edən 2300-dən çox şirkət iştirak edir. 30 tematik salonda yeyinti, emal və içki sənayesi sahələrinin çox geniş spektri təqdim olunur.




 
Bölməyə aid digər xəbərlər
23.04.2019
Diplomatik korpusun nümayəndələrinə Azərbaycanda aparılan aqrar islahatlar barədə məlumat verilib
23.04.2019
Gürsel Baran: “Türkiyə-Azərbaycan ticarət həcmini 5 milyard dollara çatdırmağı planlaşdırırıq”
23.04.2019
Azərbaycanda yeni zavod tikiləcək
23.04.2019
Üçüncü Respublika İnnovasiya Müsabiqəsi elan olunacaq
23.04.2019
Nazirliyin nümayəndələri Moskvada “Rabitə” sərgisində iştirak edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info