“Paşinyanın idarəçilik bacarığı yoxdur”
Tarix: 11.02.2019 | Saat: 15:27:00 | E-mail | Çapa göndər


“Onun yaxın aylarda hansı reytinqə malik ola biləcəyi sual altındadır”

“Nikol Paşinyanın hakimiyyətdə qaldığı hər an Ermənistan və Ermənistanın maraqlarını təhlükə ilə üz-üzə qoyur». Bu fikirləri Ermənistan parlamentinin sabiq vitse-spikeri Eduard Şarmazanov şəxsi «Facebook» səhifəsində bildirib: «Mən Ermənistanda baş nazir seçkiləri zamanı parlamentdəki çıxışımda ölkə üçün bir nömrəli çağırışın korrupsiya deyil, təhlükəsizlik olduğunu demişdim. Bu gün Ermənistan geosiyasi maraqların toqquşduğu nöqtədə yerləşir. Ona görə də bu gün ölkə səlahiyyətliləri balanslaşdırılmış siyasət aparmağa məcburdurlar. Lakin Ermənistan bu siyasəti apara bilirmi? Təbii ki, yox! Təkcə onu deyə bilərəm ki, Paşinyan hakimiyyəti zəbt etdikdən sonra Ermənistan yeni təhdidlərə məruz qalmaqdadır. Təcrübəsiz və qısagörünüşlü hakimiyyət Ermənistanı KTMT-dən təcrid edərək ölkəni təhlükə ilə baş- başa buraxıb. Bu gün Paşinyan ölkə parlamentinin razılığı olmadan Suriyaya qoşun göndərir. Amma burada erməni missiyasının statusu aydın deyil. Onların Suriyada hansı bayraq altında fəaliyyət göstərəcəkələri hələ də sual olaraq qalmaqdadır. Belə görünür ki, Paşinyan bu qərarı verməklə Kremlə yarınmağa, Moskvanın növbəti şübhələrinin təsirini azaltmağa çalışır. Amma o, bunu Ermənistanın bayrağı və suverenliyi ilə ödəyir. Paşinyana xatırlatmaq lazımdır ki, Rusiya vaxtilə Serj Sarkisana da Suriyaya qüvvə göndərməklə bağlı təklif etmişdi. Lakin Sarkisan «Suriya kampaniyasında yalnız KTMT formatında iştirak edə biləcəklərini bildirmişdi».


Bu gün Ermənistan geosiyasi maraqların toqquşduğu nöqtədə yerləşir. Ona görə də bu gün ölkə səlahiyyətliləri balanslaşdırılmış siyasət aparmağa məcburdurlar. Lakin Ermənistan bu siyasəti apara bilirmi? Təbii ki, yox! Təkcə onu deyə bilərəm ki, Paşinyan hakimiyyəti zəbt etdikdən sonra Ermənistan yeni təhdidlərə məruz qalmaqdadır.


Qeyd edilməlidir ki, Paşinyanın son 9 aylıq fəaliyytinə diqqət çəkən başqa bir erməni siyaətçi, Avropa Araşdırmaları Mərkəzinin rəhbəri Artur Kazinyan da baş nazirin hakimiyyətdə olduğu bu müddət ərzində elə bir uğura nail olmadığını etiraf edir. O, şəxsi «Facebook» səhifəsində aşağı reytinqə malik olan Serj Sarkisyanın dövlətin bütün sahələrinə nəzarət etdiyini, monarxiya idarəetmə sitemi ilə də olsa, mümkün qədər idarəetmək bağarıcına malik olduğunu bildirərkən, Paşinyanın bu məziyyətlərdən xali olduğunu gizlətmir.
Onun fikrincə, 9 ay ərzində Paşinyan əvvəlki sistemdən qalma məziyyətləri zəiflətmək və real nəzarət, balans sistemini yaratmaq üçün heç bir şey edə bilməyib: «Doğrudur, Paşinyanın ölkədəki reytinqi hələ ki, yetərincədir. Bununla belə, onun komandasının intellektual və təşkilati imkanlarına görə, bu yüksək reytinq kifayət qədər uzun olmaya bilər. Belə ki, Paşinyanın reytinqinin aşağı düşməsi onun meydana gəlməsindən daha sürətli olacaq. Bu gün Ermənistanda heç kim bu hakimiyyətin 4 və ya 6 aydan sonra hansı reytinqə malik ola biləcəyi barədə dəqiq proqnoz verə bilməz. Belə görünür ki, Paşinyanın öz gücünü zəiflətmək hesabına, Serj Sarkisyan tərəfindən yaradılan idarəetmə piramidasını məhv edəcəyini gözləməyə dəyməz. Ona görə də, hələ ki, Paşinyanın öz hakimiyyətini gücləndirmək istiqamətində bu sistemdən istifadə etmək üçün kifayət qədər bacarığa malik olub-olmadığını gözləmək lazım gələcək. Amma mən artıq buna da şübhə etməyə başlamışam». Xatırladaq ki, erməni siyasətçisinin bu fikirlərinə ermənilərin «News.am» saytı yer ayırıb.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
23.04.2019
Ukrayna MSK prezident seçkilərində Vladimir Zelinskinin qələbəsini elan edib
23.04.2019
Özbəkistan, Türkiyə və Pakistanın birgə hərbi təlimi başlayıb
23.04.2019
“Eurasianet”: “Ermənistanda iqtisadi artım hələ də aşağı səviyyədədir”
23.04.2019
Paşinyan sürücüsünün qohumunu gömrük direktoru təyin edib
23.04.2019
Ermənistandakı Rusiya bazasının təyyarələri yeniləri ilə əvəzlənəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info