ADPU-da professor Knyaz Mirzoyevlə görüş
Tarix: 11.02.2019 | Saat: 16:25:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov Abay adına Qazaxıstan Milli Pedaqoji Universitetinin Şərq dilləri və tərcümə kafedrasının müdiri, professor Knyaz Mirzoyevlə görüşüb. Görüşdə ADPU-nun Elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov, Beynəlxalq əlaqələr üzrə prorektoru Nigar Abbaszadə, İnzibati və iqtisadi işlər üzrə prorektoru Ümid Mehdiyev, Filologiya fakültəsinin dekan müavini, dosent Məhərrəm Hüseynov iştirak ediblər.
Rektor Cəfər Cəfərov görüş zamanı ADPU haqqında məlumat verərək bildirib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan Müəllimlər İnstitutu ADPU-ya qoşulub. ADPU-nun bölgələrdə 5 filialı var. Azərbaycan Dövlət Pedaqoji Kolleci ADPU-nun nəzdində fəaliyyət göstərir. ADPU-da 18 minə yaxın tələbə təhsil alır. Universitet öz nüfuzunun artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, beynəlxalq əlaqələrinin genişləndirilməsi və xarici layihələrdə fəal iştirak etmək üçün məqsədyönlü fəaliyyət göstərir. Son illər Azərbaycanda müəllim peşəsinə maraq güclənib. Yüksək bilik səviyyələri ilə fərqlənən və müəllimlik peşəsini seçən gənclərin sayı xeyli artıb. Bu faktı dövlət başçımız öz çıxışında xüsusi vurğulayıb. Universitet 2021-ci ildə 100 illik yubileyini layiqincə qeyd edəcəkdir. ADPU Qazaxıstan universitetləri, o cümlədən Abay adına Qazaxıstan Milli Pedaqoji Universiteti ilə əlaqələrini genişləndirmək niyyətindədir.
Professor Knyaz Mirzoyev səmimi və mehriban görüşə görə ADPU-nun rəhbərliyinə təşəkkür edib, təmsil etdiyi universitetin professor-müəllim və tələbə heyəti, tədris prosesi, beynəlxalq əlaqələri barədə məlumat verib.
Görüşdə ikitərəfli əməkdaşlıq əlaqələri müzakirə edilib və bu əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.02.2019
Aİİ-də “Xocalıda məhv olmuş 8 ailə” filmi nümayiş etdirilib
18.02.2019
ADPU-da professor Seyidağa Həmidovun xatirəsinə həsr olunmuş tədbir keçirilib
18.02.2019
Yaqub Mahmudova həsr olunmuş kitabın təqdimatı olub
18.02.2019
“Müharibə Əfqanıstan mədəniyyətinə, təhsilinə təsirsiz ötüşmədi”
15.02.2019
“Acer” Azərbaycanda “Sabahın alimləri” Respublika müsabiqəsinin qaliblərini mükafatlandırdı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10602

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info